00:00:00
Yazar
Admin User
02.09.2025 16:14 100 1 dəq oxuma
Dünya

Görüntülər dəhşətlidir!

Görüntülər dəhşətlidir!

Birləşmiş Millətlər Təşkilatı, Əfqanıstanda baş verən 6 bal gücündəki zəlzələnin 12 min nəfərə birbaşa təsir etdiyini və ən azı 800 nəfərin həyatını itirdiyini açıqlayıb. Axtarış-xilasetmə işləri davam edərkən, ölkədən gələn görüntülər fəlakətin miqyasını göz önünə sərib.

 

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) zəlzələ ilə bağlı hazırladığı hesabatda 12 min nəfərin birbaşa təsirləndiyini və ən azı 800 nəfərin həyatını itirdiyini bildirib.

Hesabatda qeyd olunub ki, "İlkin məlumatlara görə Kunar, Lağman, Nəngərhar və Nuristan olmaqla 4 vilayətdə ən azı 800 nəfər həlak olub, təxminən 2 min nəfər isə yaralanıb. Yaralıların çoxu qayaların uçması və sürüşmələr səbəbindən əsas yolları bağlı olan ucqar və dağlıq ərazilərdə yaşayıb".

 

ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) Əfqanıstanın Pakistan sərhədi yaxınlığında, Cəlalabad şəhərindən 27 kilometr şimal-şərqdə, 8 kilometr dərinlikdə 6 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb. Yerli rəsmilər bunun ölkəni vuran ən güclü zəlzələlərdən biri olduğunu bildiriblər.

Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid keçirdiyi mətbuat konfransında dünən gecə baş verən 6 bal gücündəki zəlzələdə ölənlərin sayının 800-ü, yaralıların sayının isə 2 min 500-ü keçdiyini elan edib.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər