Günəş fırtınası təhlükəsi - Yer, Ay və Marsda
Yer, Ay və Marsda eyni vaxtda Günəş Fırtınası aşkarlanıb. Partlayışdakı enerjili hissəciklərin isə Yerin maqnit sahəsini keçəcək qədər güclü olduğu müəyyənləşib. Alimlər astronavtların radiasiya xəstəliyinə tutulması barədə xəbərdarlıq edərək, belə hadisələrin gələcəkdə insan tərəfindən kosmosun tədqiqi üçün ciddi risk yarada biləcəyini qeyd edirlər.
Avropa Kosmik Agentliyi, NASA və Çin Milli Kosmik Administrasiyasının verdiyi məlumata görə, Günəş fırtınası Dünya, Ay və Marsı eyni anda vurub. Maraqlıdır, fırtına 2021-ci ildə baş versə də alimlərin araşdırmalarının nəticələri, bu hadisə ilə bağlı məlumatlar yaxın zamanda paylaşılıb. Bunun əsas səbəbi isə 1940-ci ildən bəri 73 dəfə meydana gələn Günəş Fırtınasının sonuncu dəfə şiddətli olmasıdır. Eyni zamanda 2 planet və Ayı da vurmasıdır.
Alimlərin ilkin elmi tədqiqatlarına görə, sonuncu Günəş Fırtınasının şiddəti Yerin maqnit sahəsini keçə bilib. Hətta tədqiqatlar fırtınaların şiddətinin iləriki dövrlərdə artacağını göstərir. Bu isə dünyanın maqnit sahəsinin və ozon təbəqəsinin parçalanması ilə nəticələnə bilər. Maqnit sahəsinin yox olması Günəş Fırtınalarının planetimizə çox daha böyük zərbələr vura bilməsinə şərait yaradacaq. Ozon təbəqəsi parçalandıqda isə Yerin səthindəki istilik səviyyəsi öldürücü dərəcədə artacaq. Eyni zamanda günəşdən gələn ultrabənövşəyi şüalar da planetimizə böyük zərər verəcək.
Digər tərəfdən Günəş Fırtınalarının və şiddətinin getdikcə çoxalma riski, dövlətlərin uzun müddətdir üzərində işlədiyi Kosmos kəşfiyyatı, başqa planetlərdə torpaq planlarına böyük təhlükədir. Belə ki, sözügedən fırtınalar 700 miligray səviyyəsində radiasiya yaradır ki, viruslar insan bədəninə sürətlə daxil olaraq daxili qanaxma və yüksək infeksiyaya səbəb olur. Hətta alimlər 10 miligray radiasiyanın belə insanları 2 həftə ərzində öldürəcəyini düşünürlər. Bütün bunları nəzərə aldıqda Günəş Fırtınalarının gələcəkdə artması həm dünyada, həm də kosmosda böyük radiasiya dalğalarının yaranmasına şərait yaradacaq. Bu isə insan irqinin gələcəyi üçün böyük təhdiddir.
Qeyd edək ki, Günəş Fırtınalarının gətirdiyi yüksək təhdidlərə baxmayaraq, alimlər Mars planetinin bu fırtınalara qarşı qorunduğunu bildirirlər. Belə ki, Marsın səthi az enerjili Günəş hissəciklərinin əksəriyyətini dayandıran və yüksək enerjili hissəcikləri yavaşlatan nazik bir atmosferə sahibdir. Bu isə Marsın araşdırılmasının nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut edir.
