00:00:00
Yazar
Admin User
06.11.2025 18:13 133 2 dəq oxuma
Siyasət

Gürcü müxalifətində parçalanma dərinləşir

Gürcü müxalifətində parçalanma dərinləşir

Komitə sədri Davit Matikaşvili bildirib ki, “Gürcüstan naminə” fraksiyası 10 deputatdan ibarət olacaq və ona Şalva Kereselidze rəhbərlik edəcək.

 

Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, yeni fraksiyanın yaradılması Gürcüstan parlamentində heç nəyi dəyişməyəcək:

 

“Gürcüstanda son illərdə baş verən siyasi gərginliyin əsas səbəbi, hakim “Gürcü Arzusu“ Partiyasının Rusiyaya yaxınlaşmaq xəttini tutması 2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərini saxtalaşdırmasıdır. Müxalifət bu seçkilərin nəticəsini qəbul etməyib və bir neçə partiya parlamentə getməyəcəyini, onu boykot edəcəklərini bildirib. Bu partiyaların içərisində keçmiş Baş nazir Qaxariyanın rəhbərlik etdiyi Gürcüstan Uğrunda Partiyası da var. Partiya ötən il keçirilən parlament seçkilərində 12 yer əldə edib. Lakin siyasi birlik seçki nəticələrini qəbul etmədiyi üçün Milli Məclisdə iştirakdan imtina etdib. Ötən həftə boykot qərarına son verən təşkilat bu gündən etibarən seçilmiş deputatlarının parlament fəaliyyətinə başlamasına razılıq verib. Bununla belə, partiyanın siyasi şurasının üzvü Rusudan Tevzadze ötən gün deputat mandatından imtina edib və partiyadan çıxıb. Lakin hakim partiyanın müxalifət partiyaları ləğv etmək, Konstitusiya Məhkəməsinə müraciəti nəticəsində bu partiya yəni “Gürcüstan Uğrunda Partiyası” bir ildən sonra parlamentdə iştirak etmək qərarı qəbul edib. Bu addımın atılmasının əsas məqsədi partiyanın ləğvinin qarşısını almaqdır”.

 

Siyasi şərhçi eyni zamanda qeyd edib ki, “Gürcü Arzusu" Partiyası bundan sonra da öz istədiklərini reallaşdırmaqda çətinlik çəkəcək:

 

“Yeni fraksiyanın yaradılması Gürcüstan parlamentində heç nəyi dəyişməyəcək, çünki bu partiyanın cəmi 12 nəfər deputatı var. Bu 12 nəfərlik fraksiyanın nəyisə dəyişəcəyi, müxalifətin rolunu gücləndirəcəyi ehtimalı yoxdur. Üstəlik, partiyanın rəhbəri Qaxariya Almaniyadadır. Təhlükəsizlik səbəbilə ora gedib. Təbii ki, bu addımı müxalifət satqınlıq kimi qəbul edib və Qaxariyanın hərəkəti Gürcüstana xəyanət kimi qiymətləndirilib. Təbii ki, müxalifət sıralarında parçalanma göz qabağındadır. Bu küçə hərəkatın da, etiraz hərəkatının da öz təsirini göstərəcəyi gözlənilir. Ancaq bu, bütövlükdə Gürcüstanda vəziyyətin ciddi şəkildə dəyişməsinə gətirib çıxarmayacaq. Etirazlar yəqin ki, davam edəcək. Qaxariyanın Gürcüstan Uğrunda fraksiyası parlamentdə bir müxalifət görüntüsü yaradacaq. Ancaq “Gürcü Arzusu" Partiyası bundan sonra da öz istədiklərini reallaşdırmaqda çətinlik çəkəcək. Və müxalifət üç ildən sonra keçiriləcək parlament seçkilərini gözləyəcək”.


Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər