00:00:00
Yazar
Admin User
26.09.2025 11:17 90 1 dəq oxuma
Dünya

Gürcüstan hökuməti Almaniya səfirinin xahişini qəbul etməyib

Gürcüstan hökuməti Almaniya səfirinin xahişini qəbul etməyib

“Almaniya səfiri Peter Fişer Gürcüstan hökumətinin nümayəndələri ilə görüş üçün müraciət etmişdi. O, “Qrantlar haqqında” Qanunun təsirinin onlara şamil edilməməsini xahiş edib”.

 

"İnformator.az" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, səfirə qanunun bütün aidiyyəti qurumlara eyni dərəcədə şamil olunacağı bildirilib.

 

Qeyd edək ki, Gürcüstanın hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani Almaniya səfiri ilə ötən gün görüş keçirib. Diplomata qrantların əldə edilməsinə dair prosedurlar barədə məlumat verilib. Bildirilib ki, qanun hamıya eyni dərəcədə şamil edilir, buna görə də Gürcüstan hökuməti ayrı-seçkilik yanaşmasına yol verə bilməz.


Xatırladaq ki, P.Fişer sentyabrın 24-də Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılıb.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər