Gürcüstan və Ermənistan Prezidentləri Tbilisidə görüşüb
Gürcüstanın paytaxtı Tbilisidə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan rəsmi səfərdədir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili erməni həmkarını rəsmi qarşılayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, ümumiyyətlə, avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalardan sonra Qafqazda yeni bir mərhələ başlayıb:
"Bu yeni mərhələ, təbii ki, yeni perspektivlər vəd edir və Bakı, İrəvan, Tbilisi üçtərəfli təmaslarında da bu özünü göstərir. Bu baxımdan, Azərbaycan və Gürcüstan prezidentləri həm ikitərəfli münasibətləri, həm də regional məsələləri müzakirə ediblər. Eyni zamanda regiondan kənar oyunçuların o cümlədən ABŞ və Rusiyanın bölgə ilə bağlı maraqları və bu istiqamətdə atacağı addımlar da danışıqların mövzusu olub. Belə görüşlər vacibdir, çünki region ölkələri regiondan kənar güclərin buraya müdaxiləsinə imkan verməməlidir. Regiondakı məsələləri bölgənin ölkələri özləri həll etməlidir. Bu konkret görüş isə xüsusi bir fövqəladə vəziyyətdə baş tutmayıb yəni bir həftə əvvəl də keçirilə bilərdi, bir həftə sonra da. Yəqin ki, bu cür müntəzəm təmaslar davam edəcək".
Aişə Mustafayeva