Gürcüstana yağan ilk qar bir sıra problemlər yaradıb
Gürcüstanın Acarıstan və Svaneti bölgələrində yüksək dağlıq ərazilərində ilk qar yağıb.
"İnformator.az" xəbər verir ki, sosial şəbəkələrdə qarla örtülmüş mənzərənin fotoları yayılıb.
Xulo bələdiyyəsinin kəndlərində, o cümlədən Qoderdzi aşırımında və Beşumidə qarın qalınlığı 5 santimetrə çatıb.
Yerli sakinlərin sözlərinə görə, onlar qarın belə tez yağacağını gözləmirdilər və hələ məhsulu biçməyiblər. Bu da bir sıra problemlər yaradıb.