00:00:00
Yazar
Admin User
20.08.2025 19:24 124 1 dəq oxuma
Dünya

Gürcüstanda ardıcıl zəlzələ baş verib

Gürcüstanda ardıcıl zəlzələ baş verib

 

Gürcüstanda eyni bölgədə yarım saatdan az fərqlə iki zəlzələ baş verib.


"İnformator.az" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi xəbər verib.

 

Məlumata əsasən, 3,8 bal gücündə ilk yeraltı təkanlar yerli vaxtla saat 18:13-də ölkənin Senaki şəhərindən 9 km aralıda qeydə alınıb. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.


Eyni yerdə saat 18:39-da 3,7 bal gücündə ikinci zəlzələ baş verib, ocağı 4 km dərinlikdə yerləşib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər