00:00:00
Yazar
Admin User
27.09.2025 07:51 113 1 dəq oxuma
Dünya

Gürcüstanda kəndləri sel basıb

Gürcüstanda kəndləri sel basıb

Gürcüstanın Laqodexi bölgəsində azərbaycanlıların sıx yaşadığı kəndləri sel basıb, həyətlər və avtomobillər su altında qalıb.

 

"İnformator.az" xəbər verir ki, soydaşlarımızın kompakt yaşadığı Gəncəli, Uzuntala kəndlərində təbii fəlakət yaşanıb.

 

Qabal və Qaracalar kəndləri də təbii fəlakətlə üz üzədir. Qabal çayının daşması nəticəsində kənd ciddi təhlükə ilə üz-üzə qalıb. Bəzi evləri sel üçurub.

 

Hadisə zamanı bir sıra həyətləri su basıb, sakinlərə məxsus avtomobillər tamamilə suyun altında qalıb. Güclü sel kəndin infrastrukturuna da ziyan vurub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər