00:00:00
Yazar
Admin User
05.10.2025 15:12 99 1 dəq oxuma
Dünya

Gürcüstanda təxribat üçün nəzərdə tutulmuş silah və partlayıcı maddələr aşkarlanıb

Gürcüstanda təxribat üçün nəzərdə tutulmuş silah və partlayıcı maddələr aşkarlanıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi yaxınlığında oktyabrın 4-də baş vermiş iğtişaşlarda istifadə üçün nəzərdə tutulmuş külli miqdarda silah-sursat anbarı aşkar ediblər.

 

"İnformator.az" xəbər verir ki, bunu brifinqdə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəhbərinin birinci müavini Laşa Maqradze deyib.

 

Onun sözlərinə görə, xidmətin məlumat əsasında apardığı əməliyyat-axtarış tədbirləri zamanı külli miqdarda odlu silah, döyüş sursatı, detonatorlu partlayıcı maddə aşkar edilib.

 

"Təhlükəsizlik xidmətləri partlayıcının işə salınması üçün nəzərdə tutulan detonatoru hazırlayan şəxsi saxlayıb. Gürcüstan vətəndaşı B. Ç. axtarışda olanlar siyahısına salınacaq. Artıq onun evində axtarış aparılıb, nəticədə telefonu tapılıb. Onun üzərində əsas sübutlardan biri - adamın əldə etdiyi silah və partlayıcı maddələr haqqında məlumat verdiyi bir neçə video yazı tapılıb".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər