Galatasarayın Emerson üçün etdiyi təklif ortaya çıxdı
Qış transfer dövründə sağ cinah müdafiə xəttini gücləndirmək istəyən Galatasarayın, Emerson Royal üçün Milan klubuna etdiyi təklif açıqlanıb.
Galatasaray heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir. Sarı-qırmızılıların, Milan forması geyinən braziliyalı sağ cinah müdafiəçisi Emerson Royal ilə maraqlandığı və İtaliya klubuna təklif göndərdiyi məlum olub.
Galatasarayın təklifi nədir?
La Gazzetta dello Sport-un məlumatına görə, Galatasaray Emersonu satınalma opsiyası ilə icarəyə götürmək istəyir. Təklif çərçivəsində, klubun Milana 1.5 milyon avro icarə haqqı ödəməsi və 12-13 milyon avro arasında dəyişən bir satınalma opsiyası təqdim etdiyi iddia edilir.
Klublar arasında razılaşmanın hələ əldə olunmadığı və danışıqların davam etdiyi bildirilib.
Mənbə: Hürriyet
Xanım Ağamalıyeva
