Gevorq Papoyan Zəngəzur dəhlizi üçün ABŞ-yə gedir
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ABŞ-yə səfər edəcək.
“İnformator.az” xəbər verir ki, bu barədə nazir özü məlumat yayıb.
O qeyd edib ki, Zəngəzur dəhlizi təşəbbüsü - Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsini müzakirə etmək məqsədilə ABŞ-yə səfər edəcək.
Nazir səfərin tarixi barədə məlumat verilməyib.