Giorgio Armani – moda dünyasının əfsanəsi vəfat edib
Məşhur italyan moda dizayneri və “Armani” brendinin qurucusu Giorgio Armani 4 sentyabr 2025-ci ildə 91 yaşında vəfat edib. Armani sadə, zərif və rahat geyim tərzi ilə 1970-ci illərdən etibarən moda dünyasında inqilab yaradıb.
Onun dizaynları Hollivud ulduzlarının qırmızı xalçada sevimlisinə çevrilmiş, “power suit” anlayışını populyarlaşdırıb. Şirkət rəsmi bəyanat yayaraq Milanda açıq vida mərasimi keçiriləcəyini açıqlayıb. Brendin gələcəyi üçün Armani illər öncə planlar hazırlamış və şirkəti özəl olaraq saxlayıb. Onun vəfatı moda sənayesində böyük itki kimi qiymətləndirilir.
Bayramlı Zəri