00:00:00
Yazar
Admin User
04.09.2025 16:58 212 1 dəq oxuma
Siyasət

Girovların həyatı təhlükədədir

Girovların həyatı təhlükədədir

Fələstinin HƏMAS hərəkatı xəbərdarlıq edib ki, İsrail hökumətinin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarı girovların ölməsi ilə nəticələnə bilər.


Məsələ ilə bağlı politoloq Elman Telmanoğlu “İnformator.az“a açıqlamasında bildirib ki, regional sabitliyə təhlükələr prizmasından girovların həyatı ilə bağlı risklərin artması bölgədə gərginliyi daha da yüksəldə, Livan və İordaniya kimi qonşu ölkələrdə silahlı qarşıdurma ehtimalını gücləndirə bilər:

 

“Beynəlxalq təşkilatların roluna gəldikdə BMT, Qırmızı Xaç və digər qurumların əsas vəzifəsi humanitar dəhlizlərin yaradılmasına dəstək vermək, girovların azad olunması üçün vasitəçilik etmək və tərəflərə beynəlxalq ictimaiyyətin təzyiqini koordinasiya etməkdir. Bu qurumların iştirakı münaqişənin humanitar fəsadlarını yumşaltmaq baxımından həlledici ola bilər.
Eyni zamanda, girovların həyatı ilə bağlı risklərin artma prosesi İran və digər regional güclərin də daxil olduğu yeni qarşıdurma dalğasına yol aça, Qərb-Yaxın Şərq münasibətlərində diplomatik böhranları dərinləşdirə bilər.
Beynəlxalq hüquqi qiymətləndirmə baxımından, İsrailin Qəzza əməliyyatlarını genişləndirməsi beynəlxalq humanitar hüququn əsas prinsipləri, mülki əhalinin qorunması, mütənasiblik və kollektiv cəzalandırmanın yolverilməzliyi, ilə ziddiyyət təşkil edə bilər. Bu isə BMT Təhlükəsizlik Şurasında müzakirələrə, eləcə də Beynəlxalq Cinayət Məhkəməsi səviyyəsində araşdırmalara səbəb ola bilər. Nəticə olaraq, əməliyyatların genişlənməsi yalnız humanitar böhranı dərinləşdirmir, həm də beynəlxalq hüquqi və siyasi müstəvidə ciddi məsuliyyət məsələsini gündəmə gətirir”.

 

Çİmnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər