00:00:00
Yazar
Admin User
10.09.2025 14:13 69 1 dəq oxuma
Dünya

Gələn il Ermənistanın müdafiə xərcləri 2025-ci ildəkindən az olacaq

Gələn il Ermənistanın müdafiə xərcləri 2025-ci ildəkindən az olacaq

Ermənistan 2026-cı ildə müdafiə xərclərini azalda bilər.

 

"İnformator.az" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə bildirib.

 

O qeyd edib ki, 2026-cı ildə müdafiə xərcləri 2024-cü illə müqayisədə təbii artım nümayiş etdirəcək.

 

"Biz 2026-cı ildə müdafiə xərclərini 2025-ci illə müqayisədə artırmağı deyil, əksinə, azaltmağı planlaşdırırıq", - baş nazir qeyd edib.

 

N.Paşinyan əlavə edib ki,  Ermənistan 2024-cü ilin büdcəsi ilə müqayisədə 2025-ci ildə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb.

 

"Bu artım müəyyən təxirəsalınmaz ehtiyaclarla bağlı olub. Biz məsələn, 2030 və ya 2035-ci ildə ödəməli olduğumuz borcları və kreditləri azaltmağı məqsədəuyğun hesab etdik", - o qeyd edib.

 

2025-ci ildə Ermənistanın müdafiə xərcləri 20 % artaraq 664 milyard dram (1,71 milyard dollar) təşkil edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər