00:00:00
Yazar
Admin User
21.08.2025 06:37 95 1 dəq oxuma
Siyasət

Gəncə stadionunda son tamamlama işləri aparılır

Gəncə stadionunda son tamamlama işləri aparılır

 

Gəncə stadionunda və onun ərazisində son tamamlama işləri icra edilir.

 

"İnformator.az" xəbər verir ki, bunu Prezidentin izi ilə Gəncə şəhər stadionuna təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyi Maddi-texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyev deyib.

 

Onun sözlərinə görə, ötən ilin aprelində təməli qoyulan stadionun müasir üslubda həyata keçirilən inşası yekunlaşmaq üzrədir:

 

“Hal-hazırda stdionda və onun ərazisində son tamamlama işləri icra olunur. Stadionun sahəsi əvvəl 8,7 hektar olsa da, indi onun ərazisi genişləndirilərək təqribən 12 hektara çatdırılıb. Bu da tamaşaçı və oyunçuların stadiona təhlükəsiz daxil olması və çıxışına şərait yaradacaq.


Həmçinin stadionunda qida alma və bilet satışı məntəqələri də fəaliyyət göstərəcək. UEFA-nın 4-cü kateqoriyasına uyğun inşa edilən stadion Azərbaycanın ən modern idman arenalarınan biri olacaq”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər