“Google” yardım kampaniyasına imza atıb
“Google” süni intellekt imkanlarından yararlanaraq Avropaya 25 milyon avroluq yardım proqramı hazırladığını açıqlayıb. Maddi imkansızlıq problemi yaşayanlar və ya fiziki cəhətdən əlverişsiz insanları hədəf alacaq bu proqram süni intellektin sərhədlərini aşaraq bu insanların iş həyatına dəstək verməyi planlaşdırır.
Şirkət bu dəfə sosial fayda təmin etmək üçün lazımi imkanlardan istifadə etmək qərarına gəlib. Müraciətlərin açıq olduğu yardım proqramı süni intellektə əsaslanan karyera təhsili, müxtəlif maliyyə dəstəkləri və iş zamanı uşaq baxımı xidmətləri kimi üstünlükləri daxilində saxlayır.
Süni intellektin iş həyatındakı maneələri və bərabərsizlikləri azaltma potensialına malik olduğunu deyən “Google” rəhbərliyi “Growth Academy” adlı daha bir sosial məsuliyyət layihəsi həyata keçirəcəklərini açıqlayıb. Bundan əlavə, şirkətin ödənişsiz olaraq təqdim etdiyi süni intellektin əsas təlimi də tezliklə 18 fərqli dildə istifadəyə veriləcəyi qeyd olunub.
Əli Məmmədli
