00:00:00
Yazar
Zəhra Həsənova
20.02.2026 21:42 14 2 dəq oxuma
İdman Özəl

"Güclü olan qalib gəlsin!" - Mahmud Sadıqov

"Güclü olan qalib gəlsin!" - Mahmud Sadıqov

Futzal üzrə Azərbaycan Yüksək Liqasının XI turunda məhsuldar oyunlar qeydə alınıb. “Neftçi” İK “Lənkəran” üzərində 19:0 hesablı qələbə qazanıb, “Araz-Naxçıvan” isə “Baku Fire”i 8:3 hesabı ilə məğlub edib. Turnir cədvəlində liderlik mübarizəsi daha da gərginləşib.


Mövzu ilə bağlı Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqov "İnformator.az"a açıqlamasında deyib ki, turnir cədvəlinə də baxsaq, görərik ki, bizim oyunumuz tam qanunauyğundur:

 

"Mərkəzi oyun idi və gərgin keçməli idi. Amma həm fiziki, həm taktiki cəhətdən biz onlardan üstün olduq və "8-3" hesabı ilə qalib gəldik. "Neftçi"nin də, bu turda böyük hesabla qalib gəlməsində də bir məntiq var. Bildiyiniz kimi, 1-ci, 2-ci dövrədə 2 qarşılaşmamız olub. Birinci dövrədə onlar, ikinci orada biz "5-4" hesabı ilə qalib gəlmişik. Əsasnaməyə görə, yerlər belə bölüşdürülür ki, öz aralarında oyunlara baxsınlar. Aramızdakı oyunlarda bərabər olduğuna görə, onlar hazırda top fərqinə görə irəli keçiblər".


Müsahibin sözlərinə görə, U-19 komandasının iştirakı gənclərin inkişafı baxımında əhəmiyyətli məqsəd güdür:

 

"Millimiz Avropa seçmə mərhələsinin oyunlarında, dünya çempionatının seçmə mərhələsində çıxış edəcək deyə, oyun praktikası olması baxımından məqsədəuyğundur. Mövsümün həlledici məqamları isə artıq yetişib. Yəqin ki, həlledici məqamlardan biri növbəti mərhələnin martın 19-u olmasıdır. Burada "Neftçi" ilə "Araz-Naxçıvan" qarşılaşacaq. Oyunun nəticəsindən çox şey asılıdır. Yəni, çempionatın taleyindən asılı olacaq. Hər komanda çempionluğunda mübarizə aparır. Hər iki komandaya uğurlar arzulayıram və deyirəm ki, güclü olan qalib gəlsin".


Zəhra Möhübbətova

#azərbaycan #qalib #xəbər #sadıqov
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər