00:00:00
Yazar
Zeynəb Yunuszadə
06.05.2026 21:36 22 1 dəq oxuma
Sosial

Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu

Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu

Ağır xərçəng xəstəliyinə görə 1 il təhsilindən uzaq qalan Kimya və biologiya təmayüllü Respublika Liseyinin 9-cu sinif şagirdi Emin Mustafazadə həm xəstəliyə qalib gəlib, həm də Olimpiada da qızıl medal qazanıb.

 

“İnformator.az ” xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.

 

Belə ki, Emin Mustafazadə 8-ci sinifdə Respublika Fənn Olimpiadasının qızıl medalçısı olub. Sonra o, xərçəng xəstəliyinə görə 1 il təhsilindən uzaq qalıb və böyük mübarizələr aparıb.

 

Emin bu günlərdə 9-cu sinif üzrə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölkə birincisi olub.

 

O, həmçinin 7-ci sinifdə Respublika Fənn Müsabiqəsindən də qızıl medal qazanıb.

#həm #ölkə #qalib #gündəm #birincisi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər