00:00:00
Yazar
Admin User
03.11.2025 09:36 95 1 dəq oxuma
Dünya

Haiti hökuməti qasırğa qurbanlarının xatirəsinə üçgünlük matəm elan edib

Haiti hökuməti qasırğa qurbanlarının xatirəsinə üçgünlük matəm elan edib

Haiti hökuməti ötən həftə ölkəni vuran “Melissa” qasırğasının qurbanlarının xatirəsinə üçgünlük matəm elan edib.

 

“İnformator.az”ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə hökumətin sosial şəbəkələrdəki paylaşımında bildirilib.

 

Məlumata görə, qasırğa nəticəsində 30 nəfər ölüb və təxminən 20 nəfər itkin düşüb.

 

“Bu il noyabrın 3-ü, 4-ü və 5-i təbii fəlakətin qurbanlarının xatirəsinə milli matəm günləri elan edilib”, - paylaşımda qeyd olunub.

 

Bildirilib ki, ölkə boyunca dövlət bayrağı yarıya endiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər