Haitidə PUA hücumu nəticəsində səkkiz uşaq ölüb, altısı yaralanıb
Haitidə quldur dəstəsinin nəzarətində olan gecəqonduya pilotsuz uçuş aparatları ilə edilən hücum nəticəsində azı 8 uşaq ölüb, 6 uşaq isə yaralanıb.
Bu barədə "İnformator.az" "NBC News"a istinadən xəbər verir.
Hücum nəticəsində dəstə üzvü olduğu güman edilən 4 nəfər öldürülüb, daha 7 silahlı yaralanıb.
Partlayışların ABŞ-nin xarici terror təşkilatı kimi tanıdığı "Vive Ansanm" quldur koalisiyasının nəzarətində olan ərazidə baş verdiyi qeyd edilir.
Bazar ertəsi ABŞ Dövlət katibinin müavini Kristofer Landau BMT-nin mənzil-qərargahında quldurluğu yox etmək üçün qüvvələrin yaradılması çağırışını təkrarlayıb.