Hakan Fidan İordaniya xarici işlər naziri ilə telefon danışığı aparıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə telefon danışığı keçirib.
Nazirlik mənbələrinin məlumatına görə, söhbət zamanı Fələstin məsələsi və Qəzzada humanitar vəziyyət müzakirə olunub.
Tərəflər həmçinin Suriyanın cənubunda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
CNN Türk
Türkan Kərimli