Hakan Fidan Suriyaya səfər edəcək
Bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edəcək.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə "TRT-Haber" Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində onun Suriya keçid dövrü Prezidenti Əhməd əl-Şaraa tərəfindən qəbul ediləcəyi gözlənilir.
Görüşdə Türkiyə və Suriya arasında əldə olunan irəliləyişlər dəyərləndiriləcək.