Hakim Tramp milyardlıq maliyyə kəsintilərini ləğv edib
ABŞ federal məhkəməsi Donald Tramp administrasiyasının Harvard Universitetinə ayrılan milyardlarla dollarlıq maliyyəni kəsmək qərarını ləğv edib.
Hakim Allison Burroughs qərara gəlib ki, hökumət təxminən 2 milyard dollar (1,5 milyard funt sterlinq) dəyərində tədqiqat qrantlarını geri çəkməklə İvy League universitetinin söz azadlığı hüquqlarını pozub. Bu qərar Harvard üçün böyük hüquqi qələbədir, lakin Ağ Ev apellyasiya edəcəyini açıqlayıb. Tramp administrasiyası apreldə maliyyəni dondurarkən universiteti antisemitizm, “radikal sol” ideologiyalar və irqi ayrı-seçkilikdə ittiham etmişdi. Digər üç İvy League universiteti — Kolumbiya, Pensilvaniya və Braun — administrasiyanın oxşar iddiaları səbəbilə risk altında olan maliyyəni qorumaq üçün Tramp ilə razılaşma yolu tutublar, məhkəməyə müraciət etməyiblər.
Hakim Burroughs 84 səhifəlik qərarında yazıb ki, Harvard son illərdə “əzab verdiyini” söylədiyi antisemitizmlə mübarizədə daha çox iş görməli idi. “Harfard uzun müddət nifrət dolu davranışlara dözümlü yanaşmaqda səhv etdi”, – deyə hakim qeyd edib. Lakin o, antisemitizmlə mübarizənin Tramp administrasiyasının ölkənin ən qədim və ən zəngin universitetini cəzalandırmaqda “həqiqi məqsədi” olmadığını vurğulayıb. Burroughs-un sözlərinə görə, hökumət antisemitizmdən “bu ölkənin aparıcı universitetlərinə qarşı məqsədli, ideoloji motivli hücumu gizlətmək üçün pərdə” kimi istifadə edib. Hakim Burroughs bundan əvvəl də Trampın Harvardın beynəlxalq tələbələri qəbul etməsinin qarşısını almaq cəhdlərini dayandırmışdı. Universitet isə apreldə maliyyə dondurulması ilə bağlı Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb və eyni zamanda antisemitizmlə mübarizə aparacağını vəd edib.
Bbc News
Ayşə Müzəfərli