00:00:00
Yazar
Admin User
31.07.2023 11:40 279 2 dəq oxuma
Dünya

Hakimiyyətdən narazılıq insanları ölkədən qaçırır

Hakimiyyətdən narazılıq insanları ölkədən qaçırır

Ermənistan cəmiyyəti getdikcə tənəzülə uğrayır. Bunu artıq özləri etiraf edir. Onlar Ermənistanda düzgün hakimiyyətin hökm sürmədiyi və bunun cəmiyyəti getdikcə uçuruma apardığı qənaətindədirlər. Baş verən proseslər ölkə vətəndaşlarını demək olar ki, ikiyə parçalayıb. Ölkəni dərinləşən böhrana aparan Paşinyan hakimiyyəti isə vəziyyətə qarşı heç bir addım atmaq düşüncəsində deyil.


Erməni jurnalist Zara Marqaryan etiraf edib ki, onların İlham Əliyev kimi bir liderə ehtiyacı var. Hətta bununla bağlı Erməni mətbuatında məqalələr də yayımlanmağa başlayıb. Siyasi şərhçi Orxan Nəbiyevin sözlərinə görə, Azərbaycanın apardığı siyasəti kifayət qədər uğurlu hesab edən haylar artıq ölkələrindəki vəziyyətdən tükəndiklərini açıq etiraf edirlər. Hökumətin beynəlxalq məhkəmələrdəki nümayəndələrinin mövcud faktları gizlətməsinə, olmayanları uydurmalarına qarşı çıxışlar da artıb. “Paşinyan hakimiyyətinin danışıqlar zamanı gücsüz və zəif mövqe sərgiləməsi də cəmiyyətdə narazılığı artıran məqamlardandır. Ölkədə qarşısıalınmaz ziddiyyətlər, hakimiyyətdən narazılıq isə insanların ölkədən qaçması ilə nəticələnir”.


Orxan Nəbiyev deyir ki, əgər ikinci Qarabağ müharibəsinə qədər Erməni cəmiyyətinin əksəriyyəti tam başqa fikirdə, işğalçı fikirdə idisə, yeni torpaqların işğalını xəyal edirdisə, bugün onlar özlərində qalan torpağı itirməmək üçün hər bir şeyə hazırdılar.


Ermənistandakı vəziyyət cəmiyyətdəki qütbləşməni də gücləndirir. İkiyə bölünən cəmiyyətdə revanşistlər korrupsiya və saxtakarlığın hələ də davam etməsini istəyirlər. Digər tərəfdə bu cür vəziyyətin aradan qaldırılması istəyən sadə vətəndaşlar dayanır. Bu parçalanma isə vətəndaş müharibəsi ehtimalları fikri formalaşdırır. Lakin hər iki qütbün dövlətə inam və etibarının itməsi kimi ortaq mövqe bu ehtimalları aradan qaldırır. Mütəxəssislərsə prosesin düzəlməsi üçün bəzi addımların atılmalı olduğunu vurğulayırlar. Siyasi şərhçi Turab Rzayevin fikrincə, Ermənistan tərəfi ya bütün ağrı-acıları unudub sülhə səs verməli, Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. “Ya da ki Azərbaycanla münasibətləri pozmağa çalışan, daha çox Rusiyadan göstəriş alan, hansısa şəkildə əhalinin milli şovinsit, faşist hisslərinə müraciət edib erməni cəmiyyətini məhv etməlidir”.


Ermənistanın siyasi səhnəsi qarşıdurmalarla zəngindir. Hətta vəziyyətin daha da kəskinləşəcəyi proqnozlaşdırılır. Görünən odur ki, Paşinyan öz hakimiyyətini legitimləşdirmək üçün digər ölkələrlə münasibətləri balanslaşdırmaqla yanaşı, daxili siyasətdə də çox sayda güzəştlərə getməli olacaq.

Fidan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər