Hantavirusla bağlı kruiz gəmisində son vəziyyət
Ümumdünya Səhiyyə Təşkilatının eksperti vəziyyətin COVID-19 ilə müqayisə edilməməli olduğunu vurğulayaraq bildirib: “Bu, SARS-CoV-2 deyil. Bu, yeni COVID pandemiyasının başlanğıcı deyil”.
İspaniyanın səhiyyə orqanları isə Alikante şəhərində bir qadının hantavirusa yoluxub-yoluxmadığını araşdırır. Bu arada ölkə kruiz gəmisinin həftəsonu limana yan almasına hazırlaşır.
Səhiyyə üzrə dövlət katibi Xavyer Padilya cümə günü jurnalistlərə bildirib ki, həmin qadının sonradan Yohannesburqda vəfat edən niderlandlı sərnişinlə eyni təyyarədə səyahət etdiyi ehtimal olunur.
Onun sözlərinə görə, qadın hazırda izolyasiyaya alınıb və onda öskürək, eləcə də “ümumi halsızlıq” əlamətləri müşahidə olunur.
EURONEWS
Lalə Qurbanlı