Hatayda meşəlik ərazidə yanğın
Türkiyənin Hatay vilayətinin Arsuz rayonunda meşəlik ərazidə yanğın baş verib. Yanğın, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində böyümədən söndürülüb.
Arsuz rayonunun Aşağı Kəpircə ərazisində, səbəbi hələ müəyyən edilməyən yanğın meydana gəlib. Hadisə ilə bağlı əraziyə dərhal Yanğınsöndürmə xidməti və Meşə Regional İdarəsinin əməkdaşları cəlb olunub.
Qısa müddətdə görülən tədbirlər nəticəsində alovun qarşısı alınıb və yanğın böyümədən nəzarət altına alınıb. Hazırda ərazidə soyutma işləri davam etdirilir.
TRT XƏBƏR
Eslanda Kulieva