00:00:00
Yazar
Admin User
10.09.2025 17:48 112 2 dəq oxuma
Siyasət

“Hazırda Azərbaycan-Amerika münasibətləri qənaətbəxş sayılmalıdır”

“Hazırda Azərbaycan-Amerika münasibətləri qənaətbəxş sayılmalıdır”

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Konqresinin Nümayəndələr Palatasının (aşağı palata) Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və senator Stiv Dayns ilə görüşüb.


Mövzu ilə bağlı AĞ Partiya başqanının müavini, beynəlxalq əlaqələr üzrə şərhçi Cavanşir Abbaslı “İnformator.az”a bildirib ki, Hikmət Hacıyevin Amerikaya gedişi çox mühüm səfərlərdən sayılmalıdır:

 

“Xüsusilə, 8 avqustda Vaşinqtonda imzalanan paraflanma sənədinin ardınca belə mühüm bir səfərin reallaşması olduqca əhəmiyyətlidir. Hazırda Azərbaycan-Amerika münasibətləri qənaətbəxş sayılmalıdır. Donald Trampın ikinci dəfə hakimiyyətə qayıdışından sonra o, Cənubi Qafqaz siyasətində Azərbaycanla bağlı əvvəlki Bayden hökumətinin səhvlərini təkrarlamadyıb. Əksinə, Bakı ilə münasibətlərə xüsusi diqqət ayırmağa başlayıb. Bunun da davamı olaraq, Azərbaycan və Ermənistan rəhbərliyi Ağ Evdə Trampın iştirakı ilə həmin tarixi sənədə imza atıblar. 907-ci düzəlişin də taleyi orada həll olunub, Minsk qrupu da orada “torpağa tapşırılıb. Təbii ki, belə mühüm qərarların qəbulu Azərbaycan-ABŞ münasibətlərini daha da yaxşılaşdırıb. Düşünürəm ki, bu əlaqələrin ömrü qısa olmayacaq. Azından Trampın hazırkı prezidentlik dönəminin sonuna qədər münasibətlər yüksələn xətlə gedəcək. Əgər növbəti dönəm üçün daha 4 il Tramp iqtidarda qalsa daha uzunömürlü əlaqələr qurulacaq. Çünki, hazırkı ABŞ prezidenti Cənubi Qafqazda ölkəsinin təsirlərinin güclü olmasında maraqlıdır. Bu təsirlərin də güclü qalmasının kökündə Cənubi Qafqazın lider ölkəsi Azərbaycanla əlaqələrin daha möhkəm saxlanılması dayanır. İstənilən halda bu əlaqələrin yaxşı olmasında Azərbaycan da çox maraqlıdır. Zatən Bakı daim balanslı siyasətə üstünlük verib. Bu siyasətin də bir qütbündə Amerika dayanır”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər