Hindistan Azərbaycana Pakistana görə veto qoyub
Hindistanın Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüklə bağlı veto qoyması qərəzli yanaşmadır. Bu, Azərbaycan-Pakistan strateji tərəfdaşlığına münasibətin nəticəsidir. Bakı və İslamabadın bir çox məsələlərdə bir-birinin qarşılıqlı olaraq müdafiə etməsi, görünür, rəsmi Dehlini narahat edir.
Mövzu ilə bağlı Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev bildirib ki,Onlar Azərbaycan Pakistan münasibətlərinə görə Ermənistana yardım etməyə qərar veriblər və Azərbaycanla bağlı məsələlərdə, ümumiyyətlə, Azərbaycan əleyhinə mövqe qoyublar:
“Sadəcə, Şanxay Əməkdaşlıq Təşkilatı deyil.Bir daha təkrarlayıram, başqa hər hansı bir məsələdə biz onların Azərbaycan əleyhinə mövqelərini görməyə davam edəcəyik.
Amma nə vaxta qədər bu davam edəcək. Zəngəzur koridoru açılana qədər, Zəngəzur koridoru açılandan sonra həmin nəqliyyat dəhlizindən istifadə edə bilmək üçün Hindistan Əgər praqmatik bir siyasət yürüdürsə, Azərbaycan əleyhinə olan mövqeyini dəyişməlidir. Onu nəzərə almaq lazımdır. Çünki həm də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində nə mümkün ola biləcək tərəflərin üzv ölkələrin imtiyazlı şəkildə bir birinin ərazilərindən malların keşiyində gömrük tariflərinin endirilməsi, gömrük xərclərinin aşağı olması böyük ehtimalla bu imkanları olacaq və bunlardan istifadə edə bilmək üçün böyük ehtimalla Hindistanın ənənəvi siyasətini dəyişəcəkdir”.
Cavahir Əsgərbəyli