00:00:00
Yazar
Admin User
02.09.2025 19:41 140 3 dəq oxuma
Siyasət

“Hindistan bizə tətbiq edilən tarifləri sıfıra endirmək istəyir, bunu illər əvvəl etməli idilər”:

“Hindistan bizə tətbiq edilən tarifləri sıfıra endirmək istəyir, bunu illər əvvəl etməli idilər”:

Hindistan ABŞ-yə tətbiq etdiyi tarifləri sıfıra endirməyi təklif edib.


Məsələ ilə bağlı siyasi şərhçi Müşfiq Abdulla “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın “Truth Social” sosial media platformasında etdiyi paylaşım Hindistanla ABŞ arasında müşahidə olunan “yumşaq” ticarət müharibəsinin yaxın aylarda aradan qalxacağını istisna edir:

 

“Tramp Hindistanın Amerika mallarına tətbiq etdiyi tarifləri tamamilə aradan qaldırmaq təklifinə müsbət reaksiya verməyib. ABŞ prezidenti Hindistanın bunu illər öncə etməli olduğunu deyib. Ağ Evin rəhbəri Hindistanın bu addımının artıq “çox gec” olduğunu vurğulayıb və ölkələr arasında ticarət əlaqələrini “birtərəfli” adlandırıb. Tramp bildirir ki, Hindistan tətbiq etdiyi yüksək rüsumlarla əlaqədar ABŞ şirkətləri öz məhsullarını bu ölkəyə sata bilmirlər. “İndi rüsumların tamamilə azaldılmasını təklif ediblər, amma artıq gecdir”.
Tramp əlavə edib ki, Hindistan ABŞ-yə külli miqdarda mal satır və onun ən böyük müştərisinə çevrilib. Lakin Hjindistan ABŞ-dən çox az mal və məhsul alır. Tramp xüsusilə də Hindistanın neft və hərbi məhsulların böyük hissəsini daha çox Rusiyadan almasından narazıdır. Bu sahələr üzrə ABŞ-dən idxal minimal olaraq qalır. Tramp hesab edir ki, bu vəziyyət Hindistanla ABŞ arasında disbalansı artırır. Yəni ABŞ rəhbərliyi iki ölkə arasında ticarət dövriyyəsindəki saldonun Hindistanın xeyrinə olmasına etiraz edir.
Qeyd edim ki, Hindistanla ABŞ arasında ticarət dövriyyəsi 2024-cü ildə 129 milyard dollardan artıq olub. Bu ilin fevral ayında Donlad Trampla Hindistanın Baş naziri Narendra Modinin görüşündə ticarət dövriyyəsini 500 milyard dollara çatdırmaq barədə razılıq əldə olunmuşdu. Lakin sonradan ABŞ-nin Rusiyadan neft idxalına görə Hindistana rüsumlar tətbiq etməsi, eləcə də qarşı tərəfin analoji addımları iki ölkənin ticarət münasibətlərində ciddi problemlər yaradıb. Ona görə də 500 milyard dollarlıq ticarət əməliyyatlarına yaxın vaxtlarda nail olunacağı real görünmür.
Bu ilin birinci yarısında ABŞ və Hindistan arasında ticarət dövriyyəsi 109 milyard dollara yaxın olub. Bu da idxal-ixrac əməliyyatlarının vəziyyətindən Trampın narazılığı ilə bağlıdır. Hətta Tramp bunu “birtərəfli fəlakət” adlandırıb. Şanxay Əməkdaşlıq Təşkilatının bu günlərdə Çində keçirilən sammiti çərçivəsində Narendra Modinin prezidenti Vladimir Putinlə görüşündən sonra Hindistanın Rusiyadan neft idxalını artıracağı gözlənilir.
Xatırladım ki, Tramp administrasiyası avqustun 27-də Yeni Dehlinin Rusiya neftini almağı dayandırmaqdan imtina etdiyi üçün Hindistan mallarına, o cümlədən geyim, tekstil, qiymətli daşlar, ayaqqabı və mebellərə 50 faiz rüsum tətbiq edib. Bu baxımdan, böyük ehtimalla, Hindistan tərəfinin tarifləri ləğv etməsi ABŞ-nin təzyiqlərini aradan qaldırmağa hesablanıb. Lakin Tramp güzəştlərə hələ hazır görünmür.
Avqustun əvvəlində 25 faiz tariflərin tətbiqindən sonra Hindistan üçün ümumi tarif 50 faizə çatıb. Vaşinqton və Yeni Dehli arasında gərginliyin davam etməsi ABŞ-nin Hindistan mallarına əlavə gömrük rüsumları tətbiq etmək qərarına görə artacaq”.

 


Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər