00:00:00
Yazar
Admin User
27.07.2023 10:04 471 1 dəq oxuma
Dünya

Hindistan sönmüş müharibəni alovlandırır

Hindistan sönmüş müharibəni alovlandırır

Yeni Dehli regionda sabitliyin bərpa olunmasının tərəfdarı olmaq əvəzinə sönmüş müharibə alovlarına odun atmaqla məşğuldur. Bu dəfə Ermənistanı silahlandıranlar siyahısında Hindistan da var. İran sərhəd-keçid məntəqəsindən Ermənistana yük daşıyan avtomobil yola düşüb.

 

Daşınan yükü gizlətməyə çalışsalar da, İrandan Ermənistana daşınan yükün hərbi məqsəd daşıdığı aydın məsələdir. İran üzərindən daşınan bu silahların təchizatçısı da Ermənistanın son vaxtlar hərbi-texniki əməkdaşlığını sürətlə artırdığı hətta 400 milyon dollardan artıq hərbi müqavilə imzaladığı Hindistandır. Rəsmi Bakı isə vaxtilə Hindistana Ermənistan ordusunun yenidən silahlanmasının yolverilməzliyi barədə xəbərdarlıq edib. Görünür, Yeni Dehli açıq şəkildə hərbi münaqişəni qızışdırmaq və ölkələrin ərazi bütövlüyünə hörmətsizlik siyasətini seçib. Politoloq İlyas Hüseynovun sözlərinə görə, Azərbaycanla qardaşlıq əlaqələrini müdafiə etdiyini dəfələrlə bəyan edən Hindistan növbəti dəfə üzvü olduğu Bandunq Konfransı və Qoşulmama Hərəkatının prinsiplərinə zidd hərəkətlərinə davam edir:

 

“Yeni Dehlinin Ermənistana döyüş sursatı və öldürücü silahların, o cümlədən Pinaka MLRS və uzaqmənzilli silahların tədarükü sərhəddə və ya sərhəddən uzaqda yerləşən dinc regionlar üçün birbaşa təhlükədir. Təsadüfi deyil ki, silahların daşınmasında vasitəçi olan İranın Ermənistandakı yeni səfiri Mehdi Sobhani ilə ötən həftə Ararat Mirzoyan arasında görüş olub. Diplomatların məxsus olduğu ölkənin xarici siyasətini və təlimatlarını çatdırdığını nəzərə alsaq, bu üçtərəfli işbirliyinin bir müddətdir planlandığını demək mümkündür”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər