Hindistan tarifləri "tamamilə sıfıra" endirməyə hazırdır
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hindistan tarifləri “tamamilə sıfıra” endirməyə razıdır, eyni zamanda hazırkı ticarət durğunluğunu “tamamilə birtərəfli fəlakət” adlandırıb.
ABŞ-nin Hindistandan idxal olunan mallara tətbiq etdiyi 50%-lik tariflər – bura Dehlinin Rusiyadan neft almağı dayandırmaqdan imtinasına görə əlavə olunan 25%-lik cərimə də daxildir – keçən həftə qüvvəyə minib. Hindistan hələ Trampın son açıqlamasına cavab verməyib, lakin Rusiyadan neft alışı ilə bağlı bu söz atışmaları Dehli-Vaşinqton münasibətlərini ən aşağı səviyyəyə salıb. Trampın bu açıqlaması Hindistanın Baş naziri Narendra Modinin Tiencində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünə təsadüf edib.
BBC news
Zəri Bayramlı