00:00:00
Yazar
Admin User
17.09.2025 09:08 77 1 dəq oxuma
Dünya

Hindistanda musson yağışları səbəbindən 17 nəfər həlak olub Digər ölkələr

Hindistanda musson yağışları səbəbindən 17 nəfər həlak olub Digər ölkələr

Hindistanın şimalında yerləşən Uttarakhand ştatında musson yağışları və torpaq sürüşmələri nəticəsində iki gün ərzində 17 nəfər həlak olub, 20-dən çox insan itkin düşüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "The New Indian Express" məlumat yayıb.

 

Bildirilib ki, Dehradun şəhərində nəqliyyat infrastrukturu zədələnib, yaşayış evləri dağılıb. Rispana və Bindal çayları üzərindəki körpülər güclü daşqın nəticəsində yararsız hala düşüb, bu da zərərçəkənlərə yardım göstərilməsini çətinləşdirib. Bölgədə məktəblər müvəqqəti olaraq bağlanıb, dövlət qurumlarının fəaliyyəti dayandırılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər