00:00:00
Yazar
Admin User
15.08.2025 18:12 76 1 dəq oxuma
Dünya

Hindistanda tarixi bina uçub:

Hindistanda tarixi bina uçub:

Dehlidə tarixi binanın damının uçması nəticəsində 6 nəfər ölüb, 11 nəfər yaralanıb.


"İnformator.az" "NDTV"yə istinadən xəbər verir ki, dağıntılar altında təxminən 20 nəfər olub, onlardan 11-i xilas edilərək xəstəxanaya çatdırılıb.

 

Binanın təmirə ehtiyacı olduğu və konstruksiyasının Hindistan paytaxtında yağan güclü yağışdan sonra zəiflədiyi bildirilir. Dağıntılar təmizləndikdən sonra ətraflı texniki müayinə planlaşdırılır.


Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər