Hindistanın Beynəlxalq Əlaqələr Şurası AQEM Forumuna sədrlik edəcək
Hindistanın Beynəlxalq Əlaqələr üzrə Şurası 2026-cı ildə AQEM-in Beyin Mərkəzləri Forumuna rəhbərlik edəcək.
Mövzu ilə bağlı Siyasi şərhçi Vüqar Əhmədov bildirib ki, Asiya regionunda beyin mərkəzlərinin inkişafı yeni bir mərhələ sayıla bilər və Azərbaycanın bu proseslərdə fəal iştirakı ölkəmizin Asiya arialında artan rolundan xəbər verir:
“Şübhəsiz ki, Asiya regionunu əhatə edən beyin mərkəzləri şəbəkəsinin inkişaf etdirilməsi və Bakıda toplantının keçirilməsi çox önəmlidir, Qərbdə formalaşan və daha çox geo-siyasi və geo-iqtisadi prosesləri tədqiq edən beyin mərkəzlərini bu gün Asiyada innovasiya və yeni texnologiyaların qlobal proseslərdəki rolunu araşdıran yeni nəsil beyin mərkəzləri əvəz etməyə başlayıbdır. Azərbaycan bu prosesdə fəal rol alır, ölkəmizin Şanxay əməkdaşlıq təşkilatında və Asiyada digər iqtisadi təşkilatlarda iştirakı ölkəmizin texnoloji və innovativ inkişafa olan marağından irəli gəlir".
Eyni zamanda, bildirib ki, Bu sahə ilə bağlı, xüsusən bərpa olunan enerji, yeni texnologiyaların inkişafı beyin mərkəzlərinin diqqətində olan məsələdir. Hindistan bu sahədə qabaqcıl təcrübəyə malikdir və kibertəhlükəsizlik, rəqəmsal inkişaf, süni intellekt sahəsində yeniliklərə imza atır:
"Bu baxımdan Hindistanın AQEM rəhbərlik etməsi bu sahələrdə üzv ölkələrin beyin mərkəzlərinin əməkdaşlığının inkişafına, yeni tədqiqat mövzularına daha da təkan vermiş olacaq. Asiya regionu, Hindistan kimi ölkələr bu sahələrdə qlobal miqyasda yeniliklərə imza atırlar və şübhəsiz ki, beyin mərkəzlərinin bu proseslərdə müstəsna rolu vardır “.

Reyhan Quliyeva