00:00:00
Yazar
Aysel Mirzəyeva
11.03.2026 21:32 15 2 dəq oxuma
Siyasət

Əhməd Əl Şaraanın Əliyevə zəngi nəyi göstərir?

Əhməd Əl Şaraanın Əliyevə zəngi nəyi göstərir?

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Suriya Prezidenti Əhməd Əl Şaraanın Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etməsi bir daha Azərbaycanın Yaxın Şərqdəki yüksək mövqeyini ortaya qoyur:

 

“Azərbaycan hazırda regionun aparıcı dövlətlərindən biridir və faktiki olaraq regionda əsas söz sahiblərindən biri hesab olunur. Bu məqamda Suriya Prezidentinin məsləhətləşmək üçün Azərbaycan Prezidentinə zəng etməsi həm də İlham Əliyevin yüksək dövlətçilik təcrübəsini göstərir. Belə ki, ən çətin məqamlarda belə digər dövlət başçılarının məsləhət ala biləcəyi liderlərdən biri məhz İlham Əliyevdir. Yəni cənab İlham Əliyev regionun aparıcı liderlərindən biridir. Heç təsadüfi deyil ki, Suriya prezidenti hələ dövlət başçısı kimi kifayət qədər az təcrübəyə malikdir və onun rəhbərlik etdiyi dövr olduqca mürəkkəb geosiyasi vəziyyətə təsadüf edir. Hazırda İranda hərbi əməliyyatlar davam edir. Eyni zamanda İsrail də bölgədə müxtəlif əməliyyatlar həyata keçirir. Yəni region ümumilikdə qarışıq və gərgin bir vəziyyətdədir. Suriya isə Yaxın Şərqin önəmli ölkələrindən biridir. Bu baxımdan hesab edirəm ki, əsas məsələ məsləhətləşmələrlə bağlıdır. Eyni zamanda bu zəng Azərbaycanın son dövrlərdə Yaxın Şərqdə oynadığı rolla da əlaqəlidir. Azərbaycan son illərdə bölgədə daha fəal mövqe nümayiş etdirir. Xüsusilə qardaş Türkiyə ilə birlikdə regionda sülh və sabitliyin bərpası istiqamətində müəyyən təşəbbüslərdə iştirak edir. Həmçinin Azərbaycan Qəzzada sülhün təmin olunmasına yönəlmiş təşəbbüslərdə də iştirak edən tərəflərdən biridir. Digər tərəfdən Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi regionda mühüm siyasi çəkiyə malikdir. Bütün bu amillər göstərir ki, Əhməd Əl Şaraa Azərbaycan dövlət başçısına zəng edərək regionda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparıb və mövcud vəziyyəti müzakirə edib”.


Günel Əlili

#xəbər #əhməd #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər