Həmas-a hücum ABŞ-nin 11 sentyabr addımlarına oxşardır
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Dohada həyata keçirilən hava hücumu 2001-ci il sentyabrın 11-də ABŞ-nin Əfqanıstanda başladığı hərbi əməliyyat qədər əhəmiyyətli və stratejidir.
O vurğulayıb ki, HAMAS-ın 2023-cü ilin 7 oktyabrında törətdiyi terror aktı müasir İsrail üçün 11 sentyabr faciəsinə bərabərdir. Netanyahu qeyd edib ki, ABŞ həmin hadisədən sonra BMT Təhlükəsizlik Şurası vasitəsilə terrorizmin hər hansı ərazidə sığınacaq tapmamağı prinsipi ilə bağlı vəziyyəti qlobal səviyyədə tənzimləməyə çalışıb.İsrail də bu prinsiplə uyğun olaraq 9 sentyabr 2025-ci ildə Dohaya zərbə endirib və Həmas rəhbərliyini bu “əks-tədbirlə” neytrallaşdırmağa çalışıb.
Reuters
Bayramlı Zəri