HƏMAS BQXK ilə əməkdaşlığa hazırdır
HƏMAS hərəkatının hərbi qanadı, İzzəddin Qəssam Briqadası girovlara humanitar yardımın çatdırılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) istənilən müraciətinə cavab verməyə hazırdır.
"İnformator.az" "APA"ya istinadən xəbər verir ki, bu bəyanatla qruplaşma rəsmisi Əbu Ubeydə çıxış edib.
“İzzəddin Qəssam Briqadası BQXK-nın girovlara ərzaq və dərmanların çatdırılması ilə bağlı istənilən müraciətinə cavab verməyə hazırdır”, - bəyanatda bildirilir.