"HƏMAS bu gün irəli sürdüyümüz planı qəbul etməlidir"
Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda, ABŞ-nin keçmiş prezidenti Donald Tramp ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında baş tutan görüş yeni diplomatik mesajlarla yadda qaldı. Görüşdən sonra yayılan məlumatlara görə, Netanyahu Qətərin baş nazirindən Dohaya hücumla bağlı üzr istəməsini tələb edib. Bu hadisə, bölgədəki siyasi dinamikanın daha da mürəkkəbləşdiyini və beynəlxalq münasibətlərdə yeni mərhələnin başlaya biləcəyini göstərir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki,Trampın Netanyahuya qarşı sərt və açıq mesajları, Vaşinqtonun İsrailin bölgədəki hərbi siyasətinə tam dəstək verməyəcəyini göstərir:
"Tramp ilə Netanyahunun görüşündən sonra belə bir xəbər yayılıb ki, Netanyahu Qətərin baş nazirindən Dohanın hücuma məruz qalması ilə bağlı üzr istəməsini tələb edir. Bu, diplomatik bir mesajdır. Netanyahunun Qətərin baş nazirindən üzr istəməsini istəməsi diqqətçəkicidir. Birincisi, Tramp Netanyahunu xəbərdar edir ki, onun şıltaqlıqlarına daha dözməyəcək. Yəni, artıq nazla oynamayacaq və gücünə arxayın olmamalıdır. İkincisi, Tramp onu bir növ cəzalandırır. Mən düşünürəm ki, Tramp İsrailin bundan sonrakı addımlarının da qarşısını almağa çalışacaq. Çünki İsrailin müharibəni genişləndirməsi nə ABŞ-ə, nə də ərəb ölkələrinə sərf edir. İsrail müharibəni davam etdirməkdən başqa yol görmür. Əgər müharibə dayansa, Netanyahu ən yaxşı halda hakimiyyətdən gedəcək. Daha pis ssenaridə ya tutulacaq, ya da öldürüləcək. Artıq o, dünyada bir cinayətkar kimi tanınır".


Aysun Vəliyeva
