HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
İsrailin Müdafiə Ordusu HƏMAS-ın ümumi təhlükəsizlik aparatının rəhbərinin öldürüldüyünü bəyan edib.
"İnformator.az" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"HƏMAS-ın ümumi təhlükəsizlik aparatının rəhbəri Mahmud əl-Əsvad Qəzza zolağının qərb bölgəsində öldürülüb", - məlumatda qeyd olunub. Mətbuat xidmətindən o da bildirilib ki, ordu HƏMAS-ın infrastruktur obyektlərini məhv etməyə davam edir.