00:00:00
Yazar
Admin User
09.09.2025 13:33 98 1 dəq oxuma
Dünya

HƏMAS Qüdsdəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

HƏMAS Qüdsdəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

HƏMAS Qüdsdə altı nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.


"İnformator.az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.


Qeyd olunur ki, terror aktına görə məsuliyyəti HƏMAS-ın hərbi qanadına aid olan "Əl-Qəssam Briqadaları" öz üzərinə götürüb.


Xatırladaq ki, sentyabrın 8-də Qüdsdə atışma baş verib, nəticədə altı nəfər həlak olub.


Bu hücumu "işğal cinayətlərinə cavab" adlandıran HƏMAS bu günə qədər terrorda əli olduğunu birbaşa açıqlamayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər