00:00:00
Yazar
Admin User
09.09.2025 18:50 78 1 dəq oxuma
Dünya

HƏMAS təsdiqləyib

HƏMAS təsdiqləyib

Qətərin paytaxtı Dohada baş verən partlayış HƏMAS rəsmilərinə qarşı sui-qəsd cəhdi olub.


"İnformator.az" xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

 

İsrail ordusunun məlumatına görə, hədəf alınan şəxslər uzun illərdir HƏMAS-ın rəhbərliyində yer alıblar və 7 oktyabr qətliamının təşkilində, eləcə də İsrailə qarşı aparılan müharibənin idarə olunmasında birbaşa məsuliyyət daşıyırlar.

 

Bildirilib ki, partlayış zamanı HƏMAS-ın bütün rəhbərliyi, o cümlədən Xalid Məşal, Musa Əbu Mərzuq, Hussam Bədran, Razi Həməd, Zahir Cabarin, Xəlil əl-Haya və Məhəmməd Dərviş qərargahda olub.


“Əl Hədat” nəşrinin məlumatına görə, HƏMAS-ın Qəzzadakı lideri, hərəkatın xaricdəki ofisinin rəhbəri və İordan çayının qərb sahilindəki radikal bölmələrin komandiri öldürülüb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər