00:00:00
Yazar
Admin User
31.10.2025 09:19 133 1 dəq oxuma
Dünya

Həmid Altıntop Azərbaycanda işləmək istəyir

Həmid Altıntop Azərbaycanda işləmək istəyir

 

Türkiyə millisinin sabiq futbolçusu Həmid Altıntop Azərbaycanda işləmək istəyir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Azərtac-a-a müsahibəsində 42 yaşlı veteran oyunçu özü məlumat verib.

 

O, bilik və təcrübəsini bölüşməkdən, xüsusən də gənc oyunçuların inkişafına dəstək olmaqdan həmişə məmnun olduğunu bildirib:

 

"Axı, biz hamımız eyni mədəniyyətin və futbol ailəsinin bir hissəsiyik. İstər Türkiyə Futbol Federasiyasında (TFF) işlədiyim vaxtlarda, istərsə də ondan sonrakı dönəmdə Azərbaycandakı futbol rəsmiləri (AFFA) ilə daim əlaqə saxlayırıq. Hazırda heç bir rəsmi əməkdaşlıq gündəmdə deyil. Ancaq Azərbaycan futboluna göstərdiyim hörməti və marağımı hər fürsətdə vurğulayıram".


Xatırladaq ki, Almaniya futbolunun yetirməsi olan Altıntop bu ölkənin "Şalke" və "Bavariya" kimi tanınmış komandalarında çıxış edib. O, həmçinin İspaniya nəhəngi "Real Madrid" və Türkiyə təmsilçisi "Qalatasaray"ın formalarını geyinib. Türkiyə yığmasının heyətində 82 oyun keçirən keçmiş yarımmüdafiçi 7 qolla yadda qalıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər