00:00:00
Yazar
Admin User
03.06.2025 14:22 140 1 dəq oxuma
Dünya

Hollandiyada hökumət dağılıb

Hollandiyada hökumət dağılıb

Hollandiyada Baş nazir Dik Sxofun rəhbərlik etdiyi hökumət, ifrat sağçı Azadlıq Partiyasının (PVV) koalisiyadan çəkilməsi ilə çökdü. Bu qərarın səbəbi isə sığınacaq və miqrasiya siyasəti ilə bağlı fikir ayrılıqları oldu.


Koalisiyanı təşkil edən mühafizəkar VVD, mərkəz sağ NSC və fermer partiyası BBB, PVV lideri Gert Vildersin tələbləri ilə bağlı razılığa gələ bilmədi. Vilders, Hollandiyanın sığınacaq və miqrasiya siyasətində ciddi məhdudiyyətlər edilməsini şərt qoymuşdu.


Vilders sosial media platforması X-də etdiyi açıqlamada, “İmza yoxdursa, razılaşma da yoxdur; PVV koalisiyadan ayrılır” sözlərini yazdı.


VRT xəbərinə görə, Vilders koalisiya razılaşmasına sığınacaq axtaranlara sərhədlərin bağlanması, hərbi sərhəd yoxlamalarının artırılması, sığınacaq mərkəzlərinin azaldılması və müvəqqəti oturum icazəsinə malik suriyalıların deportasiya olunması kimi 10 sərt tədbirin daxil edilməsini tələb edib.


Vilders bir gün əvvəl verdiyi açıqlamada “Əgər heç nə və ya kifayət qədər şey dəyişməzsə, PVV gedəcək” deyərək koalisiyanı tərk edə biləcəyi barədə xəbərdarlıq etmişdi.


Mənbə: TRT HABER
Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər