00:00:00
Yazar
Aysel Mirzəyeva
31.03.2026 18:47 125 2 dəq oxuma
Siyasət

“Hörmüz boğazı açılmasa, ABŞ hərbi müdaxiləyə əl ata bilər” - ŞƏRH

“Hörmüz boğazı açılmasa, ABŞ hərbi müdaxiləyə əl ata bilər” - ŞƏRH

ABŞ Prezidenti Donald Trump bu barədə Truth Social platformasındakı paylaşımında bildirib. Onun sözlərinə görə, yaxın zamanda razılaşma əldə olunmasa və Hörmüz boğazı dərhal açılmasa, ABŞ İranın əsas enerji obyektlərini hədəfə ala bilər. Tramp xüsusilə elektrik stansiyaları, neft yataqları və Xarq adası daxil olmaqla strateji məntəqələrin məhv edilə biləcəyini vurğulayıb.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İran arasında gedən müharibənin davam etməsinə İsrail ciddi şəkildə təsir edir:

 

“Vaşinqton və Tehran arasında hər hansı yumşalma yaxud danışıqlara meyl yaranan kimi İsrailin bombardmanı və ya hansısa təxribatı diplomatik auranı pozur. Hazırda İsrail parlamentinin qəbul etdiyi qərara görə yalnız fələstinli məhbuslar edam ediləcək. Bu qərar həm Körfəz dövlətləri, həm də İranla bağlı narahatlığı artırır. Hörmüz boğazı ətrafında gərginlik də davam edəcək. ABŞ quru qoşunları yeritməyə tələsmir. Trampın açıqlamaları isə daha çox siyasi manipulyasiya xarakteri daşıyır və çox zaman reallığı əks etdirmir. Hörmüz boğazı açılmazsa, ABŞ hərbi müdaxilə edə bilər. Amma bu müdaxilənin planların reallaşmasına nə dərəcədə kömək edəcəyi sual altındadır. Rusiya və Çin hərbi kəşfiyyatı və mütəxəssisləri İran üçün demək olar ki, səfərbər olub. ABŞ istədiyi nəticələrə çata bilmir. İsrail isə ABŞ-ni daha da alovun içinə itələyir. İsrail Yaxın Şərqi tam nəzarətə götürmək istəyir və bu plana mane olan istənilən dövləti ABŞ vasitəsilə ram etməyə çalışır”.

 

Politoloq əlavə edib ki, Hörmüz boğazının açılmaması fonunda ABŞ hərbi güc tətbiq edərsə, İran boğaza nəzarəti itirməmək üçün sərt addımlar ata bilər:

 

“İran bu təhdidlər qarşısında Körfəz ölkələrini seçim qarşısında qoymaq istəyir. Ya ABŞ bazalarından imtina etmək, ya da İranın zərbələrinə hədəf olmaq. ABŞ isə bununla Körfəz ölkələrinin İranla birbaşa qarşıdurmaya cəlb olunmasını istəyir. Bu gedişlə müharibənin uzanacağı və daha geniş əhatə alacağı ehtimalı artır. İsrail bu savaşın bitməsində maraqlı görünmür. Çünki belə bir fürsət nadir hallarda yaranır. Sülh və atəşkəs şəraitində İsrailin regional planlarını reallaşdırması çətinləşir. Buna görə də bölgədə gərginliyin davamlı qalması ehtimalı yüksəkdir”.


Nuray Əliyeva

#yeni #hərbi #“hörmüz #bilər”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər