00:00:00
Yazar
Elmira Ağayeva
22.05.2026 20:56 11 1 dəq oxuma
Siyasət

Hörmüz boğazı bağlı qalarsa, dünya 2008-ci il böhranına bənzər böhranla üzləşə bilər

Hörmüz boğazı bağlı qalarsa, dünya 2008-ci il böhranına bənzər böhranla üzləşə bilər

 

Bloomberg-in Rapidan Energy Group-un təhlilinə istinadən yazdığına görə, Hörmüz boğazının uzun müddət bağlı qalması qlobal iqtisadiyyat üçün ciddi risk yaradır. Əgər boğaz iyulda açılsa belə, gündəlik neft tələbatının orta hesabla 2,6 milyon barel azalacağı və Brent markalı neftin qiymətinin yay aylarında bir barel üçün 130 dollara qədər yüksələcəyi gözlənilir.

Daha mənfi ssenaridə isə, boğaz avqusta qədər açılmazsa, ilin üçüncü rübündə neft təchizatı çatışmazlığı kəskin artaraq qlobal resessiyaya yol aça bilər. Analitiklər bildirirlər ki, hazırkı vəziyyət 2008-ci il böhranı qədər ağır olmasa da, neft qiymətlərində davamlı artım maliyyə və iqtisadi zəiflikləri daha da dərinləşdirə bilər.

Tass
Mələk Hüseynova

#İran #ABŞ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər