Hörmüz Boğazı: İrandan ABŞ-yə “hələ yeni başlamışıq” mesajı
Hörmüz Boğazı ilə bağlı gərginlik davam edir. İran boğazın gəmilər üçün bağlanmasının davam etdiriləcəyini açıqlayıb.
Buna cavab olaraq ABŞ tərəfindən bildirilib ki, atəşkəs hələ qüvvədədir, lakin boğazın bağlı qalması uzun müddət davam edə bilməz.
İran adından Pakistanda ABŞ ilə keçirilən görüşlərə rəhbərlik edən Parlament sədri Məhəmməd Baqir Qalibaf isə bildirib ki, Tehran Hörmüz Boğazındakı mövcud vəziyyəti davam etdirmək niyyətindədir.
BBC News
Gövhər Mehyəddinova