00:00:00
Yazar
Banuçiçək Məmmədova
25.03.2026 13:25 13 2 dəq oxuma
Dünya

Hörmüz boğazı mesajı: İranın bəyanatı regionda nəyi dəyişir?

Hörmüz boğazı mesajı: İranın bəyanatı regionda nəyi dəyişir?

İranın Xarici İşlər Nazirliyi vasitəsilə səsləndirilən son açıqlama regionda diqqət mərkəzinə çevrilib. Rəsmi Tehran bildirir ki, Hörmüz boğazı yalnız İranla müharibə vəziyyətində olmayan ölkələr üçün açıq qalacaq. Dünya enerji daşımalarının böyük bir hissəsinin keçdiyi bu strateji su yoluna dair belə bir bəyanat həm siyasi, həm də iqtisadi baxımdan ciddi suallar doğurur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ülviyyə Zülfüqar bildirib ki, Hörmüz boğazı dünya enerji təchizatında önəmli marşrutlardan biridir və gündəlik neft daşımalarının böyük hissəsi buradan keçir:

 

“Bu səbəbdən İranın verdiyi açıqlama bazarlara birbaşa siqnal kimi qəbul olunur. Real bağlanma olmasa belə, bu bəyanatlar risk gözləntilərini artırır, bu isə neft qiymətlərinə, daşınma və sığorta xərclərinə təsir edir. Yəni təsir daha çox proqnoz üzərindən formalaşır. Körfəz ölkələri üçün bu məsələ iqtisadi sabitliklə bağlıdır. ABŞ və digər Qərb ölkələri, adətən, bu kimi açıqlamalara həm siyasi, həm də hərbi mövcudluqla cavab verir, amma paralel olaraq gərginliyin artmaması üçün diplomatik kanalları saxlayır. İranın bu mesajı verməsinin arxasında əsas məqsəd təzyiq nümayiş etdirməkdir. Rəsmi Tehran göstərməyə çalışır ki, onun regiondakı mövqeyi nəzərə alınmadan qərarlar qəbul edilə bilməz. Bu, həm də mümkün danışıqlarda mövqeyini gücləndirmək üçün istifadə olunur. Yəni daha çox siyasi siqnaldır. Bu bəyanat vəziyyətin dərhal dəyişəcəyi anlamına gəlmir. Amma bu tip açıqlamalar regionda risk səviyyəsinin artdığını göstərir. Əsas məsələ bundan sonrakı addımların necə olacağı və tərəflərin gərginliyi hansı səviyyədə saxlayacağıdır”.

 

Banuçiçək Məmmədova

#i̇ranın #bəyanatı #nəyi #hörmüz #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər