Kanadadakı hərbi bazada ölümcül yanğın 1 kilometrlik məsafəni 30-60 saniyəyə qət edib
Kanadanın Alberta əyalətində yerləşən "Ueynrayt"hərbi bazasında canlı sursatlarla keçirilən təlim zamanı otluq ərazidə güclü yanğın baş verib.
Yanğın nəticəsində Kanada Silahlı Qüvvələrinin 4 hərbi qulluqçusu həlak olub, 39 nəfər xəsarət alıb.Güclü külək səbəbindən yanğın istiqamətini dəyişərək 1 kilometr məsafəni cəmi 30-60 saniyəyə qət edib və hərbçilərin üzərinə keçib.Yaralıların çoxluğu səbəbindən Ueynraytdakı xəstəxanalar və səhiyyə müəssisələri tamamilə iflic vəziyyətinə düşüb.Baş nazir Mark Karni bunu dinc dövrdə Kanada ordusunun yaşadığı ən böyük faciələrdən biri adlandırıb.Yanğının başvermə səbəbi hələ dəqiq bilinmir, lakin terror fəaliyyəti və ya neft-qaz infrastrukturu ilə bağlı qəza ehtimalları rəsmən istisna edilib.
Səkinə Musayeva
Mənbə: BBC