00:00:00
Yazar
Elmira Ağayeva
15.05.2026 20:50 171 1 dəq oxuma
Siyasət

Hörmüz boğazının açıq qalması həm ABŞ, həm də Çinin ortaq marağıdır”

“Hörmüz boğazının açıq qalması həm ABŞ, həm də Çinin ortaq marağıdır”

İran Çinin xarici işlər naziri Van Yi və Pekinin Tehrandakı səfirinin müraciətlərindən sonra Çin gəmilərinin Hörmüz boğazından keçməsini sadələşdirib”.

 

Bu barədə “Fars” agentliyi məlumat yayıb.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Hörmüz boğazında Çin gəmilərinin və yaxud da başqa ölkələrin gəmilərinin keçməyinə sərbəstlik verməsi heç nə demək deyil:

 

”Çünki qarşı tərəfdən də Amerika Birləşmiş Ştatlarının blokadası var. Bu nöqteyi-nəzərdən Hörmüz boğazı ilə bağlı İranın bu mesajı sadəcə Çin Amerika görüşündən öncə Çinə yararlı, xoş gəlmək üçün verilən bir bəyanatdır. Əslində Amerikanın da Çinin mövqeyi ondan ibarətdir ki, Hörmüz boğazı hər iki tərəfli açılmalıdır. İran heç bir gəmidən haqq tələb etmədən, mane yaratmadan gəmilərin əvvəlki qaydada buraxmalıdır. Bu daha çox təsir edəcək və görünən odur ki, İran da təklənir. Dünən Çinlə Amerika Birləşmiş Ştatları birgə bəyanat veriblər. Hörmüz boğazı ilə bağlı ki, tam açıq olmalıdır və tam pulsuz olmalıdır. Yəni heç bir ödəniş olmadan gəmilər keçməlidir. İran görür ki, təklənir. Çin kimi tərəfdaşını belə itirir. Ona görə də bu tipli bəyanatlar ortamı yumşaltmağa çalışır”.

 

 

 

Nuray Əliyeva

 

#İran #Çin #Amerika
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər