00:00:00
Yazar
Admin User
16.06.2025 15:37 126 1 dəq oxuma
Dünya

Hər cür vəziyyətə qarşı tam hazırlıqlı vəziyyətdəyik

Hər cür vəziyyətə qarşı tam hazırlıqlı vəziyyətdəyik

İraq Müdafiə naziri Sabit Abbasi bildirib ki, ölkənin təhlükəsizlik qüvvələri mümkün olan bütün ssenarilərə qarşı tam hazırlıqlı vəziyyətdədir.


Bu barədə İraqın rəsmi xəbər agentliyi INA məlumat yayıb.


Nazir ölkədəki təhlükəsizlik vəziyyətinin sabit olduğunu vurğulayıb. O, İsrailin İraqa mümkün hücumu ilə bağlı məsələyə münasibət bildirərək deyib:
“İraq qüvvələri ehtimal olunan hər cür vəziyyətə qarşı tam hazırlıqlıdır”.


Xatırladaq ki, İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani də daha əvvəl İsrailin Yaxın Şərqdə müharibənin miqyasını genişləndirməyə çalışdığını bəyan edib.


Hazırda İsrailin İrana dəstək verən İraqlı şiə milis qruplarının liderləri və onların qərargahlarına qarşı hücum təşkil edə biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.


TRT HABER
Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər